Misirdə polislə mitinqçilər arasında toqquşma olub
Qahirədə - Təhrir meydanında polislə nümayişçilər arasında üç gün davam edən qarşıdurma nəticəsində 20 nəfər həlak olub. 1750 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Bu, keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz aksiyasıdır. İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq. Noyabrın 28-də Misirdə parlament seçkiləri keçiriləcək. Reuters agentliyinin videosu.
Buna da bax:
Arxiv
-
İyul 17, 2025
İsrailin hərbi maşınları Suriyaya daxil olub
-
İyul 17, 2025
Rusiya Dobropolyanı vurub, ölənlər var
-
İyul 16, 2025
Ukraynalı dron ovçuları Konstantinovka küçələrində