'Tomahawk' raketləri Ukrayna üçün neyləyə bilər
ABŞ prezidenti Donald Trampın Ukraynaya "Tomahawk" raketləri göndərməyi nəzərdən keçirdiyi bildirilir. İndilik bu transfer ehtimalı böyük deyil, amma Vaşinqton bu silahı göndərərsə, Moskva ilə Kiyev arasında döyüşün dinamikası əsaslı şəkildə dəyişə bilər.

5
2002-ci ildə Cənubi Kaliforniya səmasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-14 təyyarəsinin yanında uçan "Tomahawk" raketi.
Kiyev dəfələrlə ABŞ-dən uzaqmənzilli raketlərə çıxış istəyib. 2024-cü ildə Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin "Tomahawk" raketləri üçün müraciət etdiyinə eyham vurub. O zaman bir Ağ ev rəsmisi bu xahişi "tamamilə qeyri-mümkün" adlandırıb.

6
Britaniya Hərbi Dəniz Qüvvələrinin heyəti 2001-ci ilin noyabrında Hind okeanındakı hərbi dəniz bazasında "Tomahawk" raketini idarə edir.
ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarının ləngiməsinə görə Moskva ilə bağlı getdikcə daha çox məyusluq bildirir. Məlumatlara görə, "Tomahawk" raketlərinin mümkün tədarükü məsələsi yenidən gündəmə gətirilib, Ağ ev Kremlin başladığı müharibənin "ağrısını hiss etməsi" üçün çalışır.

![1998-ci ilin noyabrında keçirilən sınaq zamanı sualtı qayığından buraxılan "Tomahawk" San-Klemente adasında hədəfi vurur. Cənubi Kaliforniya yaxınlığındakı bu ada ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim və silah sınağı üçün istifadə olunur.İyulun əvvəlində telefon danışığı zamanı Prezident Trampın Ukrayna prezidenti Zelenskiyə belə dediyi bildirilir: "Volodimir, Moskvaya zərbə endirə bilərsən? [...] Sankt-Peterburqa da?". Zelenskinin isə belə cavab verdiyi deyilir: "Əlbəttə. Bizə silah versəniz, edə bilərik". Lakin Tramp iyulun 15-də jurnalistlərə açıqlamasında Kiyevi uzaqmənzilli raketlərlə silahlandırmaq niyyətində olmadığını bildirib: "Biz bunu etməyi düşünmürük".](https://d1fs2jaqbm1nwm.cloudfront.net/a036e9d4-3ac5-4f2d-9386-08ddc37e21a1_w1024_q10_s.jpg)
7
1998-ci ilin noyabrında keçirilən sınaq zamanı sualtı qayığından buraxılan "Tomahawk" San-Klemente adasında hədəfi vurur. Cənubi Kaliforniya yaxınlığındakı bu ada ABŞ Hərbi Dəniz Qüvvələrinin təlim və silah sınağı üçün istifadə olunur.
İyulun əvvəlində telefon danışığı zamanı Prezident Trampın Ukrayna prezidenti Zelenskiyə belə dediyi bildirilir: "Volodimir, Moskvaya zərbə endirə bilərsən? [...] Sankt-Peterburqa da?". Zelenskinin isə belə cavab verdiyi deyilir: "Əlbəttə. Bizə silah versəniz, edə bilərik". Lakin Tramp iyulun 15-də jurnalistlərə açıqlamasında Kiyevi uzaqmənzilli raketlərlə silahlandırmaq niyyətində olmadığını bildirib: "Biz bunu etməyi düşünmürük".

8
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir gəmi 2011-ci ilin martında Aralıq dənizində "Tomahawk" raketi buraxır.
Ukraynanın bu silahı necə istifadə edəcəyi aydın deyil, çünki "Tomahawk" raketləri adətən hərbi-dəniz gəmilərindən və ya sualtı qayıqlardan buraxılır. Bəzi təyyarələrdən də buraxıla bilər, amma bir ukraynalı rəsminin jurnalistlərə dediyinə görə, strateji bombardmançı təyyarə olmadan "Tomahawk" raketləri "istifadəsi asan olmayan" silahlardır, Kiyevin isə belə təyyarələri yoxdur.