Orta Asiyada erkən nikahlar geniş yayılıb, sonuc fəlakətdir

Sizin brauzer HTML5-i dəstəkləmir

Beynəlxalq qanunlar azyaşlıların evliliyini yasaqlayır. Amma Tacikistanda və Qırğızıstanda qızları yetkinlik yaşına çatmamış ərə verirlər. Bir gənc tacik qadın danışır ki, 17 yaşında məktəbdən ər evinə köçüb. Qırğız qadın isə 16 yaşında qaçırılmasından danışır. İnsan haqları müdafiəçiləri hər iki ölkədə belə hallara qarşı tədbirlər görüldüyünü deyirlər. Amma sosial dəyişikliklərin də vacibliyi ilə bağlı xəbərdarlıq edirlər.